Təhsildə süni intellektin tətbiqində Sinqapur modeli
Bugün Sinqapur Təhsil Nazirliyinin süni intellektin (AI) təhsildə tətbiqi modelini əks etdirən rəsmi səhifəsi qarşıma çıxdı. Doğrusu, müsbət təhsil modeli kimi tez-tez nümunə göstərilən Sinqapurda süni intellektdən necə istifadə olunduğu mənə maraqlı gəldi. Buna görə də diqqətimi cəlb edən məqamları bölüşmək qərarına gəldim.
Yaş və sinif səviyyəsinə uyğun istifadə
Bu mərhələdə praktik və təcrübəyə əsaslanan öyrənməyə üstünlük verilir. Şagirdlərə süni intellektin nə olduğu, necə işlədiyi və gündəlik həyatımızda hansı məqsədlərlə istifadə edildiyi izah olunur, lakin şagirdlərə birbaşa çatbotlardan istifadə etməyi tələb edən tapşırıqlar verilmir.
Şagirdlər xüsusi hazırlanmış proqram təminatı vasitəsilə süni intellektdən istifadə etməyə başlayırlar. Eyni zamanda, seçilmiş süni intellekt əsaslı təhsil platformalarından yararlanırlar.
Şagirdlər öyrənmə prosesində süni intellektdən istifadəyə görə getdikcə daha çox məsuliyyət daşıyırlar. Onlara süni intellekt tərəfindən yaradılan nəticələri qiymətləndirmək, məlumatların dəqiqliyini yoxlamaq, tələb olunduqda süni intellektdən istifadə etdiklərini bəyan etmək və akademik dürüstlük prinsiplərinə riayət etmək öyrədilir.
Singapore Student Learning Space (SLS) platforması
Sinqapurun Student Learning Space (SLS) adlı rəqəmsal təhsil platforması şagirdlərin öyrənməsini dəstəkləyən müxtəlif süni intellekt imkanları təqdim edir. Diqqətimi çəkən əsas alətlər bunlardır:
Şagirdlərə istiqamətləndirici suallar verməklə öyrənmə prosesini dəstəkləyir. Müəllim tərəfindən aktivləşdirilir, təhlükəsiz istifadə üçün nəzərdə tutulub və hazır cavabları birbaşa təqdim etmir. Məqsəd şagirdin cavabı özü tapmasına kömək etməkdir.
Şagirdlərin fərdi öyrənmə ehtiyaclarına uyğun, məqsədyönlü rəy təqdim edir.
Şagirdlərin açıq tipli suallara verdikləri cavabları qiymətləndirir və onların cavablarına uyğun fərdiləşdirilmiş geribildirim təqdim edir.
Müəllimin təqdim etdiyi nümunə cavablar və ya qiymətləndirmə meyarları əsasında cavabları sətir-sətir təhlil edir və şagirdlərə onları necə təkmilləşdirə biləcəkləri barədə geribildirim verir.
İngilis dili və ana dili dərslərində şagirdlərin tələffüzü, səlis oxuması və nitq aydınlığı ilə bağlı geribildirim təqdim edir. Beləliklə, şagirdlər danışıq bacarıqlarını inkişaf etdirə bilirlər.
Müəllimlər ayrı-ayrı suallar üzrə geribildirimlə yanaşı, öyrənmə fəaliyyəti başa çatdıqdan sonra şagirdlərin ümumi çətinliklərini və uğurlu olduqları sahələri müəyyənləşdirən geribildirim də yarada bilirlər.
Hər bir şagirdin hazırlıq səviyyəsinə uyğun fərdi öyrənmə yolu və rəy təqdim edir. Bu yanaşma bütün şagirdlərdən eyni sürətlə irəliləməyi gözləmək əvəzinə, fərdi ehtiyacları nəzərə almağa imkan verir.
AI savadlılığında “Four Learns” yanaşması
Sinqapurda şagirdlərin süni intellekt savadlılığının formalaşması “Four Learns” — dörd istiqamət üzrə öyrənmə prinsipi üzərində qurulub. Bu yanaşmaya əsasən, hər bir şagird:
Süni intellektin nə olduğunu, necə işlədiyini, imkanlarını, risklərini və məhdudiyyətlərini anlamalıdır.
Süni intellekt alətlərindən məqsədyönlü, təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməyi bacarmalıdır.
Bu texnologiyadan öyrənmə prosesini dəstəkləmək, biliklərini dərinləşdirmək və bacarıqlarını inkişaf etdirmək üçün yararlanmalıdır.
Müstəqil düşünməyi, öz bilik və bacarıqlarına əsaslanmağı, texnologiyanın verdiyi imkanlardan kənara çıxmağı bacarmalıdır.
Mənbə: Sinqapur Təhsil Nazirliyi: Artificial intelligence in education